Qazaxıstanda nə baş verir? Tokayevin ilk sınağı

Analitika 15:42 18.06.2019

Mərkəzi Asiyada sular durulmur. Tacikistan və Qırğızıstandan sonra bu dəfə Qazaxıstan siyasi böhran astanasındadır. Qazaxıstanda yeni seçilmiş prezident olan Qasım Comart Tokayevə qarşı etirazlar getdikcə artmaqdadır. Belə ki, iyunun 9-dan 13-dək ölkədəki muxalif qüvvələr icazəsiz aksiyalar keçiriblər. Qazaxıstanda icazəsiz mitinqlərin qarşısının alınması zamanı 300-dən çox polis əməkdaşı xəsarət alıb. Qeyd edək ki, Nur-Sultan və Almatı şəhərlərində iyunun 9-da baş tutmuş prezident seçkisinə qarşı kütləvi etirazlar davam edir. DİN səsvermə günü ölkənin iki ən böyük şəhərində yüzlərlə insanın saxlanıldığını məlumat verib. Bazar ertəsi də polis etirazçıların kütləvi saxlamalarını davam etdirib. Ümumilikdə polis mitinqlərin 5 günü ərzində 4 min nəfəri saxlayıb.

 

Ölkədə ekstremist hərəkat kimi tanınan "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələrdə tərəfdarlarını kütləvi etiraz aksiyalarına çağırıb. Bundan əlavə, o, tərəfdarlarını prezident seçkisini boykot etməyə çağırıb.

 

İqtisadiyyatı inkişafda olan, azad bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, sekulyar və digər Orta Asiya dövlətlərinə nisbətən daha güclü hüquqi bazaya və hüquqi məcburetmə metodlarına sahib olan bir ölkədə xalq narazılığının səbəbləri nələrdir?

Bu suala cavab verə bilmək üçün ilk növbədə etiraz aksiyalarının motivinə baxmaq lazımdır. Aksiyalar seçki ərəfəsində və seçkilərdən sonra aktiv şəkildə yayılmağa başladı. Bu ondan xəbər verir ki, aksiya iştirakçılarının ilkin tələbi sosial və ya iqtisadi problemlər deyil, siyasi motivli problemlərdir.

 

Qazaxıstan siyasi sistemində əsas problem isə demək olar ki, hər post-sovet dövlətinin qarşılaşdığı demokratiya problemidir. Xalqın siyasi proseslərdə iştirakı məhdud, siyasi qərarların qəbuluna təsiri zəif olmaqla bərabər seçkilərin şəffaflığına da etibarı son seçkilərdən sonra tamamilə azaldı. Belə ki, Qazaxıstanda 9 iyun seçkiləri həm ölkə daxilindəki muxalifət qüvvələri, həm də beynəlxalq insitutlar tərəfindən sərt tənqid edildi. Seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı informasiyaların yayılması Qazaxıstanda silsilə etiraz aksiyalarına və nümayişlərə səbəb oldu ki, əslində burada yeni prezidentdə günah axtarmaq məntiqsizlik olardı.

 

Çünki Qazaxıstanda muxalif hərəkat Nazarbayev iqtidarı dövründə də xeyli güclənmişdi. Yəni, sivil qaydada “aksakala” qarşı etirazlar və narazılıqlar mövcud idi. Ancaq Parisdən idarə edilən muxalifət Nazarbayevin nəinki özüylə, heç nüfuzu ilə belə mübarizə aparmağa qadir deyildi. Nazarbayev bir siyasi lider kimi sadəcə dövlət başçısı deyildi, xalqın böyük bir qisminin etibarını və dəstəyini qazanmış el ağsaqqalı idi. İndi Qazaxıstandakı muxalifət qüvvələri də Nazxarbayevin gedişini fürsətə çevirmək və Tokayevin iktidarını zəiflətmək üçün mübarizə aparırlar. Onların hədəfi “Demokratik Qazaxıstandır”.

 

Hazırda Qazaxıstanda ən nüfuzlu muxalif hərəkat Qazaxıstanın demokratik seçimi hərəkatıdır və bu hərəkatın rəhbəri Nazarbayev dövründə sənayə, neft və ticarət naziri olmuş Muxtar Ablyazovdur. Ablyazov illər öncə karrupsiya və pul mənimsəmədə ittiham olunmuş, sonradan ölkəni tərk etməyə məcbur qalmışdı. İngiltərədə və Fransada illərdir siyasi fəaliyyətini davam etdirən sabiq nazir yeni nəsil oliqarxlardan biri olsa da sadə həyatı ilə diqqəti cəlb edir. Hazırda o və onun dəstəklədiyi hərəkatlar Qazaxıstan muxalifətinin özəyini təşkil edir.

Mukhtar Ablyazov Dur. ile ilgili görsel sonucu

 

Bütövlükdə götürdükdə Qazaxıstanda sözügedən ixtişaşlar və siyasi problemlər yeni prezident Tokayevin ilk liderlik sınağıdır. Tokayev bu sınaqdan məharətlə çıxmaq üçün demokratik islahatlar aparmalı və parlamentin dövlət idarəçliyində rolunu artırmalıdır. Qeyd etmək lazımdır ki, 2017 və 2018-ci illərdə Nazarbayev də aktivləşən muxalifətin “təzyiqini salmaq üçün” parlament səlahiyyətlərinin artırılması və icra hakimiyyətinə nəzarətin gücləndirilməsi kimi demokratik prinsiplərlə ayaqlaşan qərarlar qəbul etmişdi.

 

 Tokayev də öz növbəsində kiçik demokratik islahatlar və sadə, bir o qədər də xalqa yaxın davranışlarla qısa zamanda Qazaxıstanın yeni Nazarbayevinə çevrilə bilər. Çünki ona inanan və onda aksakalın siyasi ustalığını görən milyonlarla vətəndaş var. Həmçinin sözügedən aksiyaların Avropadan maliyyələşdirilmə ehtimalı da böyükdür. Bu nöqteyi-nəzərdən Tokayev xarici siyasət kursu barədə də yenidən düşünməlidir. Nazarbayev dövründə Qazaxıstan xarici siyasətdə Avropa və ABŞ-la sıx əməkdaşlığa, Çin və Rusiya kimi srtateji müttəfiq və güclü qonuşlar arasında balansı saxlağa istiqamətlənən bir siyasi xətt izləyirdi. ABŞ-ın Mərkəzi Asiya regionunda maraqlarının “qabardığı” bir zamanda Tokayevin qərblə nə cür rəftar edəcəyi və bu xətti davam etdirməyi bacarıb-bacarmayacağı maraq doğurur.

 

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı