"Ermənilər Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasına hazır olsalar da..."

Analitika 12:56 12.08.2019

Xəbər verildiyimiz kimi, ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər.

İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Bəs görəsən ermənilər Şuşa məscidini niyə təmir edirlər? Erməni separatçıları Şuşanı 27 ildir işğal altında saxladıqları halda dağıtdıqları məscidin bərpasına niyə bu il başlayıblar? Bu qərarı indi niyə veriblər? 

Eurasia Diary məsələ ilə bağlı politoloq Elxan Şahinoğlunun mövqeyini öyrənib.

Onun sözlərinə görə, erməni separatçıları illərdir işğal etdikləri torpaqlarda heç nə etmirdilər, sadəcə Ermənistandan və Suriyadan imkansız ailələri Şuşaya, Laçına və Kəlbəcərə köçürürdülər:

"Buna baxmayaraq dağıtdıqları infrastruktura dəymirdilər, pul xərcləmirdilər. O zaman düşünürdük ki, yəqin ermənilər də anlayır ki, nə zamansa onlara aid olmayan Şuşanı, Laçını və Kəlbəcəri boşaltmaldırlar və əgər buna gedəcəklərsə niyə bu yerlərə pul xərsləsinlər ki? Ancaq vəziyyət indi dəyişib.

Ermənilər son illər həm Şuşa, Laçın və Kəlbəcərə daha çox erməninin köçürülməsinə çalışırlar, həm də bu yerlərdə infrasturktur çalışmalarını sürətləndiriblər, yollar tikirlər, kiçik müəssisələr açırlar, nəyisə təmir edirlər və s. Bu o deməkdir ki, ermənilər daxilən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasına hazır olsalar da, Şuşa, Laçın və Kəlbəcərdən imtina etmək fikirləri yoxdur. Elə buna görə də ermənilər işğal altındakı Ağdam məscidini yox, Şuşa məscidini təmir edirlər. Hətta erməni separatçıları hipotetik olaraq Laçın və Kəlbəcərdən imtina haqqında düşünsələr də, Şuşadan ikiəlli yapışmağa çalışacaqlar. Ermənilərin Şuaşadakı məscidi təmir etmələri də məhz bununla bağlıdır. Şuşa onlar üçün Xankəndini nəzarətdə saxlamaq qədər vacibdir. Sadəcə, başqa bir sual da meydana çıxır: Ermənilər Şuşadakı məcsidi kimin üçün təmir edirlər? Axı Şuşa məscidində namaz qılacaq bir müsəlman belə yoxdur".

E.Şahinoğlu hesab edir ki, ermənilərin Şuşa məcsidini hansısa İran şirkəti ilə birgə təmir etməsinin arxasında xüsusi plan dayanır.

"İrəvanda da azərbaycanlıların məcsidi var. 1999-cu ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olanda həmin məcsidə baş çəkdim və orada ancaq bir neçə İran vətəndaşını gördüm. Ermənilər (ermənilər deyərkən 3 qüvvənin birgə fəaliyyətini nəzərdə tuturam: Dağlıq Qarabağdakı serməni separatçıları, Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi) eyni plan əsasında da Şuşa məscidini İran vətəndaşlarının istifadəsinə vermək istəyirlər. Ancaq Dağlıq Qarabağ Ermənistan deyil. Əgər İran vətəndaşı rahat İrəvana gedib oradakı məsciddə nazam qıla bilərsə, Şuşada bunu rahat edə bilməyəcək. Birincisi, Azərbaycan İran vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə, o cümlədən Şuşaya gəlişlərinə etiraz edəcək, notalar göylərdə uçuşacaq. İkincisi, Tehran Bakı ilə münasibətlər korlanmasın deyə özü vətəndaşlarını bu təxribatlardan çəkindirməlidir. Halbuki, iranlı diplomatlardan biri mənim Şuşa məscidinin təmirində İran şirkətinin iştirakına etirazıma reaksiyası belə olmuşdu: “Burda nə pis iş var ki? Niyə Azərbaycan İran şirkətinin Dağlıq Qarabağdakı məscidin təmirinə bu qədər etiraz edir?”. Ona bunun niyəsini detallı şəkildə anlatdıqda mübahisə böyümüş söhbət həmişəki kimi “Azərbaycan İsraillə niyə əməkdaşlıq edir” sualı səviyyəsinə enmişdi.

Buna baxmayaraq, Tehran Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı oradakı ermənilərin “Dağlıq Qarabağ Ermənistandır” şüarından dərs götürüb. Azərbaycan ictimaiyyətinin və İran azərbaycanlılarının kəskin etirazı Tehranı erməni məsələsində diqqətli olmağa vadar edir. Digər tərəfdən ABŞ sanksiyaları ilə üzləşən İranın Azərbaycanla iqtisadi və Rusiya ilə birgə regional əməkdaşlığı inkişaf etdirməyə marağı daha böyükdür. Bu səbəbdən Tehran Şuşa məcsidinin bərpasına maraq göstərən şirkətlərini və Dağlıq Qarabağa qeyri-qanuni səfərlər barədə düşünən vətəndaşlarını xəbərdar etməlidir.

Qayidaq ermənilərin Şuşa məscdinin bərpası məsələsinə, onlar bunu etməklə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, “Şuşanı heç bir halda boşaltmayacaqlar”, tam əksinə, bu şəhərdə erməniləşdirmə siyasətini gücləndirəcəklər. Bərpa olunmuş məscid onlara bir simvol olaraq lazımdır ki, Şuşada erməni kilsəsi ilə bərabər məcsid də var. Erməniləri “bəs bu məcsiddə kim ibadət edəcək” sualı maraqlandırmır, bu sualın cavabını onlar sonraya saxlayıblar, hətta imkanları olsa İrandan Şuşa məcsidinə bir axund da təyin edərdilər.

Azərbaycan XİN işğal altındakı Şuşa məscidinin təmirinə etiraz edib. Ancaq bu erməni separatçılarını bu az narahat edir. Separatçıları heç beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu həmsədrləri “işğal altındakı Şuşa məscidini hansı məqsədlə təmir edirsiniz” sualı ilə narahat etmirlər. Demək verilən və verilməyən bəyanatlarla kifayətlənmək olmaz. Biz elə alətlərdən istifadə etməliyik ki, erməni separatçıları özlərinə aid olmayan və heç zaman yaşamadıqları torpaqlarda məscid bərpası, köçürmə və müəssisələrin açılması siyasətindən imtina etsinlər. Bu alətləri işə salmasaq işğal altındakı bölgələrdə erməni təxribatlarının qarşısını almaq çətin olacaq", - deyə politoloq bildirib.

Gülnar SƏLİMOVA

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı