Türkiyə nüvə dövlətinə çevrilə bilərmi? "Təhlükəsizliyi üçün vacibdir!"

Analitika 15:52 05.09.2019

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüvə silahına malik ölkələrin Türkiyənin də bu silaha sahib olmasına qarşı olmasının qəbuledilməz olduğunu bəyan edib.

Sivasda Orta Anadolu İqtisadi formunda çıxış edən Ərdoğan "birilərinin əlində nüvə başlığı var, bir dənə deyil, iki dənə deyil. Amma mənim əlimdə nüvə başlığı olmasın! Mən bunu qəbul etmirəm!"- deyərək, Türkiyənin nüvə başlığına sahib olma niyyətini açıq bir şəkildə ortaya qoyub:

"Hazırda dünyanın inkişaf etmiş bütün dövlətləri nüvə silahına sahibdir. Adını çəkməyəcəm, biri hazırda prezident deyil, səfərdə olduğum zaman mənə "Bizə belə-belə deyirlər ki, mənim əlimdə bu dəqiqə 7 min 500-ə qədər nüvə başlığı var, amma, Rusiyanın, Amerikanın əlində 12 min 500, 15 min nüvə başlığı var, mən də belə edəcəm". Baxın, harada nəyin yarışındadırlar, bizə də "aman ha, sən etmə" deyirlər. Baxın, gözümüzün önündəki İsrailin nüvə başlığı varmı? Var. Hər kəsi onunla qorxudur".

Türkiyə prezidentinin məlum açıqlamasını Eurasia Diary-ə şərh edən Ankara Krizis və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) beynəlxalq münasibətlər üzrə eksperti Doğacan Başaran bildirib ki, Ərdoğanın açıqlaması təcavüzkar deyil, sülhpərvər məqsədləri özündə ehtiva edir:

doğacan başaran ile ilgili görsel sonucu

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin nüvə başlıqlı raketlərə sahib olması mövzusunda verdiyi açıqlama təcavüzkar məqsədləri özündə ehtiva etmir, əksinə Türkiyənin təhlükəsizliyi və regionda sülhün təmini üçün dilə gətirilən konkret bir tələbi ortaya qoyur.

Məlumdur ki, 1970-ci ildə qəbul edilən “Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması” razılaşması, razılaşmaya qoşulan dövlətlərin nüvə silahlarını inkişaf etdirməyi əngəlləməyi ifadə edir. Bu razılaşmaya görə, nüvə silahına sahib olan dövlətlər əllərindəki silahları qoruyacaq, ancaq yeni silahlar istehsal etməyəcək. Nüvə silahı olmayan dövlətlər isə mövcud vəziyyətlərini dəyişməyəcək. Yəni, razılaşma beynəlxalq status-kvonun qorunmasının və üstün güclərin suverenliklərinin tərəfdarıdır. Həmçinin bu razılaşma "soyuq müharibə" dövründə silahlanma yarışının nizamlanması məqsədinin məhsuludur. Sözügedən razılaşma Avropa qitəsindəki nüvə balansını muhafizə etməsi səbəbilə önəmli olsa da, Avropadakı nüvə balansının Yaxın və Orta Şərq regionunda mövcud olmadığını qeyd etməliyik. Belə ki, razılaşmada tərəf qismində iştirak etməyən dövlətlər nüvə silahlarına sahib olmaq üçün fəaliyyətlərini davam etdirirlər. Bu da Yaxın və Orta Şərq regionunda mövcud olan disbalans situasiyasını daha da dərinləşdirir” – deyə D.Başaran bildirib.

Ekspertin sözlərinə görə, region dövlətlərinin günü-gündən nüvə silahına yiyələnməsi Türkiyəni öz təhlükəsizliyini təmin etmək üçün yollar axtarmağa vadar edir:

“Məsələn, İsrailin nüvə silahı var. Həmçinin regionda sabitliyi pozan və təcavüzkar siyasət yürüdən bir ölkə olduğu da bəllidir. Bu da region dövlətlərinin özlərini təhdid altında hiss etməsinə və bu təhdidi balanslaşdıracaq axtarışlara başlamağa vadar edir. Ərdoğanın çıxışı da hiss edilən təhdidin balanslaşdırılması və regionda sabitliyin, barışın təmin edilməsi hədəfini özündə ehtiva edir. Yəni, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərinə yönəlməsinə səbəb olan amil nə idisə, Ərdoğanın nüvə başlıqlı raket açıqlamasına səbəb olan amil də odur. Türkiyə öz təhlükəsizliyini və yerləşdiyi regionda sülhü qorumağı təmin etmək istəyir”.

Bəs Türkiyə nüvə silahına sahib ola bilərmi?

türkiye'de nükleer santral ile ilgili görsel sonucu

Qeyd edək ki, bu Ərdoğanın nüvə silahına yiyələnməklə bağlı ilk belə açıqlaması deyil. Bundan 2 il əvvəl, 2017-ci ilin noyabrında da yenə Ərdoğan nüvə silahına sahib olmaq mövzusunda dünya dövlətləri arasında əladətsizliyin və qeyri-bərabərliyin hökm sürdüyünü bildirmişdi. Hər zaman nüvə gücünə tənqidi münasibət bəsləyən Ərdoğanı “nüvə sevdalısı”na çevirən detal isə İsraildir. Regionda İsrailin “gizli nüvə dövləti” olması hər kəsə məlumdur. Ərdoğan İranın nüvə silahına sahib olmasından çox, İsrailin əlində olan nüvə gücündən çəkinir. Bu da başa düşüləndir. Əvvəla, İran Türkiyə ilə sərhəddə yerləşir və iki dövlətin bir çox məsələdə maraqları üst-üstə düşməsə də, bu dövlətlərin müharibə etmə ehtimalı çox zəifdir. Lakin İsrail çox aktiv və radikal Yaxın və Orta Şərq siyasəti ilə hər an Türkiyə ilə qarşıdurmaya səbəb olacaq bir addım ata bilər. “Mavi Marmara” hadisəsindən sonra iki dövlət arasında real bir müharibə təhlükəsinin meydana gəldiyi yaddan çıxmamalıdır. Onsuz da Ərdoğan dünənki açıqlamasında İsrailin region dövlətlərini nüvə gücü ilə açıq şəkildə təhdid etdiyini də bildirib.

Bütün bunları nəzərə aldıqda Ərdoğana haq verməmək olmur. Türkiyənin doğurdan da nüvə başlıqlı raketlərə ehtiyacı var. Hələ ki, ABŞ-ın Orta Mənzilli Nüvə Silahlarını Məhdudlaşdırma Müqaviləsindən çıxdığı, Rusiyanın da anaoloji addımı atmağa hazırlaşdığı, İranla nüvə razılaşmasının ləğv edildiyi bir zamanda Türkiyə niyə nüvə silahına qovuşmasın?

Türkiyənin bu hədəfinə nail olması qarşısında iki böyük maniə durur: “Nüvə Silahlarının Yayılmasının Qarşısının alınması” müqaviləsinə 1970-ci ildə üzv olması və nüvə başlığına sahib olacağı təqdirdə yaranacaq beynəlxalq təzyiq...

“Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması” müqaviləsinə görə müqaviləyə imza atan dövlətlər ciddi təhlükə ilə qarşılaşmadıqları təqdirdə nüvə silahına sahib ola bilməz və nüvə enerjisindən yalnız sülhpərvər nəaliyyətlər əldə etmək üçün istifadə edə bilər. Türkiyə İsrail təhdidini bəhanə edərək bu razılaşmadan çıxa bilərmi? İsrail nüvə dövləti elan edilmədən bu reallaşa bilməz. İsrailsə nüvə başlığı ilə əlaqədar ünvanlanan suallara nə “hə”, nə də “yox” deyir.

Həmçinin Türkiyənin İran, İsrail, Səudiyyə Ərəbistanı kimi regionun güclü dövlətləri tam şəkildə nüvə silahına sahib olmadan nüvə gücünü əldə etməsi üzərində böyük təzyiq yaradar ki, bu təzyiq onun NATO-dan ixracına qədər gəlib çıxa bilər. Lakin bunu da qeyd etmək lazımdır ki, hadisələrin bu ssenaridə davamı Türkiyəni nüvə silahına sahib olmağa vadar edir. Türkiyə hökuməti də bunu görür və illərdir nüvə enerjisindən müxtəlif məqsədlərlə istifadə edir. Və artıq Türkiyə nüvə seysmis stansiyaları açmaq imkanlarına sahibdir...

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı