Erməni generala yeni vəzifə verildi Paşinyan geri addım atdı

Analitika 13:00 19.09.2019

Ermənistan hökumətində sular durulmur. Eurasia Diary xəbər verir ki, ötən gün hökumət toplantısında Nikol Paşinyanla mübahisə edərək istefasını təqdim edən polis rəisi, general-mayor Vasiliy Osipyana yeni vəzifə verilib. Erməni KİV-lərində yer alan xəbərə görə Osipyan artıq baş nazir Paşinyanın baş müşaviri olacaq.

Qeyd edək ki, müvəqqəti olaraq Osipyanın yerinə yeni polis rəisi Arman Sarkisyan təyin edilib.

Paşinyanın istefaya çıxan generala yeni vəzifə verməsi bir çox mətləbdən xəbər verir. Belə ki, Paşinyanla Osipyan arasında hökumət toplantısında ciddi bir mübahisənin yaşandığı mətbuata sızmışdı. Belə ki, Paşinyan general Osipyana "Amulsar" mədəninə gedən yolları bağlayan erməni fəalları ərazidən uzaqlaşdırıb, yolu açmaq əmri vermişdi. Osipyan isə bu əmrə etiraz etmiş və belə bir addımın həmin ərazidə polis və fəallar arasında ciddi qarşıdurma yarada biləcəyini bildirmişdi. Paşinyanla Osipyanın arasında bu fikir toqquşmasından sonra yaşanan mübahisə Osipyanın istefa verməsi ilə nəticələnmiş və bu bir həftə ərzində erməni hökumətində ikinci şok istefa kimi cəmiyyətə təqdim edilmişdi.

Bu hadisə erməni ictimaiyyətində böyük rezonans doğurdu. Hökumətə qarşı "Amulsar" yatağına görə ciddi etirazların başladığı, sabiq prezident Robert Köçəryanın tərəfdarlarının küçələrə axışdığı, Azərbaycan hökumətindən müharibə anonslarının verildiyi bir zamanda bu iki istefa “Paşinyan iqtidarı devrilirmi?” sualını ağıllara gətirdi.

Belə bir zamanda Paşinyanın nüfuzunu qorumaq üçün administrasiya rəhbəri Eduard Ağacanyan mətbuata açıqlama verərək istefalar haqqında yayılan spekulyasiyalara münasibət bildirdi:

“İstefalar tamamilə baş nazirin qərarı və iradəsinə əsaslanır. Paşinyan Milli Təhlükəsizlik Xidməti şefi olan Artur Vanisyanın və polis rəisi Osipyanın fəaliyyətindən məmnun deyildi. Osipyan yenə baş nazirin qərarı ilə baş müşavir vəzifəsini icra edəcək”.

Bu açıqlamaya diqqət yetirsək görərik ki, açıqlamada əsas məqsəd mövcud siyasi şəraiti ictimaiyyətə fərqli şəkildə təqdim etməkdən ibarətdir. Belə ki, Osipyan 5 dəqiqədən az müddətdə olan açıqlamasında iki dəfə istefanın Paşinyanın qərarı olduğunu ifadə etməsi bunu əyani şəkildə nümayiş  etdirir. Ancaq o zaman da sual yaranır: “Paşinyan istefaya göndərdiyi və fəaliyyətindən narazı olduğu polis rəisini niyə özünə baş müşavir təyin edib?”

pashinyan osipyan ile ilgili görsel sonucu

Bu sualın cavabı çox sadədir. Qeyd edildiyi kimi Paşinyan iqtidarında artıq “çat” yaranıb. Gəmi su alır. Ancaq iqtidar, daxilindəki fikir ayrılıqları və “çatları” cəmiyyətə hiss etdirməməyə çalışır. Bu da təbiidir, siyasətin gərəyidir. Paşinyan həm də “çatları yamamağ”a çalışır. Osipyana yeni vəzifə təklif edilməsi, onun Qarabağ klanı tərəfə keçməsinin qarşısını almaq və generalı öz tərəfində saxlamaq məqsədi daşıyır. Bu Paşinyan tərəfindən geriyə doğru atılmış addım olsa da iqtidarın reputasiyasını qorumaq naminə uğurlu siyasi gediş hesab edilə bilər.

Ancaq Paşinyan bu siyasətlə çətin ki, qarşıdakı 4 il ərzində iqtidarda qala bilsin. Paşinyan iqtidarı ölkənin ən ciddi problemi olan Qarabağ konfliktinə dair konkret bir siyasi həll konsepsiyasına sahib deyil, sosial-iqtisadi islahatlar həyata keçirə bilmir, "Amulsar" məsələsində görüldüyü kimi heç də hər zaman xalqın iradəsinə tabe olmur, günü-gündən qondarma respublikada siyasi nəzarəti itirir. "Amulsar"da xalqın iradəsini heçə saymaqda və yatağın ekoloji durumunu dəyərləndirən komissiyaya 400 min dollar dəyərində rüşvət verməkdə ittiham edilən Paşinyan indi də “düşünə bilən” ermənilər tərəfindən ölkəni müharibəyə sürükləməkdə günahlandırılır. "Amulsar" kimi öz əli ilə yaratdığı Köçəryan böhranı da Paşinyanın sonunu hazırlayan məqamlardan birinə çevrilə bilər. "Amulsar" məsələsində ingilislərin, Köçəryan məsələsində rusların təhdidlərilə üzləşən Paşinyanın bu iki məsələdən savayı Qarabağdakı uzlaşmaz mövqeyi ilə Azərbaycanın hədəfindədir. Azərbaycan ordusunun bu dönəmdə həyata keçirəcəyi kiçiqmiqyaslı bir hərbi əməliyyat belə Paşinyana qarşı yeni etiraz dalğasının yaranması ilə nəticələnə bilər.

Paşinyan iqtidarının Ermənistana verdiyi yeganə “töhvə” demokratiyadır. Ancaq bu demokratiya tipində məhkəməyə sözünü qəbul etdirə bilməyən iqtidar tərəfdarları ilə birlikdə məhkəmə zalına hücum çəkir, Köçəryanı azadlığa buraxan hakimləri işdən azad edilir, siyasi problemlər küçədə, meydanda, nümayişlərdə həll edilir, baş nazirə sağlığında heykəllər, büstlər ucaldılır və ən əsası yeni iqtidar köhnə iqtidardan qisas alır, əvvəlki hökumət üzvlərinə qarşı siyasi həbslər, repressiyalar günü-gündən şaxələnir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda hələ tam demokratik sistem formalaşmayıb, oturuşmayıb. Demokratikləşmə üçün bu ölkə ilk əvvəl daxildə - Qarabağ klanı və digər qeyri-leqal siyasi təzyiq qruplarını aradan qaldırmalı və ölkə xaricində - Dağlıq Qarabağ probleminin siyasi həllini təmin etməlidir...

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı