Ermənilərin “Holokost”dan istifadə cəhdi: Fransa ilə bağlanan sazişin ƏSL SƏBƏBİ

Analitika 16:59 25.09.2019

Ermənistan Milli Arxivi və Parisdəki “Holokost” müzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Fransanın Ermənistandakı səfirliyində imzalanmış saziş qondarma erməni soyqırımı və yəhudi xalqının soyqırımına dair araşdırmaların aparılması üçün qarşılıqlı informasiya və arxiv sənədlərinin mübadiləsinin aparılmasını nəzərdə tutur. 

Müqaviləni Ermənistan Milli Arxivinin direktoru Amatuni Virabyan və Şoa Memorial Kompleksinin direktoru Jak Frec imzalayıb. Müqavilənin imzalanmasında iştirak edən Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakota 24 aprelin öz ölkəsində “erməni soyqırımı” kimi qeyd edildiyini deyib. 

Ancaq məlumdur ki, 1915-ci il hadisələrinə dair sənədlər Fransada deyil, Türkiyədədir. Türkiyə həqiqətin ortaya çıxması üçün dəfələrlə Ermənistana müraciət edərək arxivləri açmağa hazır olduğunu bildirib. Amma Ermənistan bundan həmişə yayınıb. 

Əgər Ermənistan həqiqətin ortaya çıxmasında maraqlıdırsa, nə üçün Türkiyəyə müraciət etmir? Qondarma erməni soyqırımını tanıyan Fransada 1915-ci il hadisələrinə dair hansı arxiv sənədləri ola bilər?  Yaxud Ermənistanda “Holokost” soyqırımına dair arxiv sənədlər haradandır? 

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı cebhe.info-ya açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, ermənilər qondarma soyqırımını beynəlxalq səviyyəyə qaldırmaq istəyirlər. Məhz bu səbəbdən də müraciətlərini Türkiyəyə ünvanlamırlar:

“Ermənilərin üç məsələdə eyni nöqtəyə vurması var. Birinci məsələ qondarma erməni soyqırımıdır. İkinci, Ermənistan kilsəsi, üçüncü isə Dağlıq Qarabağ məsələsidir. Düşünürəm ki, bunlar hər üç kartdan istifadə edərək, bu məsələləri beynəlxalq səviyyəyə qaldırmağa çalışırlar. Qondarma soyqırımla “Holokost” hadisələrinin heç bir kəsişməsi yoxdur. “Holokost”da  bir millətin yer üzündən silinməsindən söhbət gedirdi. Ermənilər də çalışırlar ki, qondarma erməni soyqırımını da erməni millətinin məhvi kimi qələmə versinlər. Ümumiyyətlə, bunlar müqayisə ediləcək məsələlər deyil. Ərdoğan da, Türkiyənin çox yüksək vəzifəli məmurları da bu barədə dəfələrlə danışıb.  Türkiyə birmənalı şəkildə həmin arxivlərin açılmasına hazırdır. Bu gün Ermənistanın fikri ancaq bu kimi imzalarla qondarma soyqırımı beynəlxalq səviyyəyə qaldırmaqdır”. 

Politoloq Fransanın bu məsələdə həmişə ermənilərə dəstək olduğunu diqqətə çatdırıb: 

“Məlum məsələdir ki, Fransa daima bu məsələlərdə Ermənistanı dəstəkləyir. Çox təəssüf ki, ermənilərin lobbiçilik siyasəti orada güclü olduğuna görə onlar bu problemlərdən sui-istifadə etməyə çalışırlar.  Fransada lobbiçilik daha üstündür. Orada erməniləri dəstəkləyən müəyyən qüvvələr var. Vaxtilə Türkiyə və SSRİ-nin arasında problem yaratmaq üçün Sovet xüsusi xidmət orqanları bu məsələni qaldırmışdı. Ermənilər yenidən məsələni gündəmə çəkməyə çalışırlar. Müqavilənin bağlanması bu gün bütün arxivin ortaya qoyulması demək deyil. Sadəcə müəyyən məlumat mübadiləsi ola bilər”. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı