"Türkiyə Qarabağdan böyük ərazini nəzarətə götürməyi planlaşdırır" - Zabitlər risklərdən DANIŞDI | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


"Türkiyə Qarabağdan böyük ərazini nəzarətə götürməyi planlaşdırır" - Zabitlər risklərdən DANIŞDI

Ekspert rəyi A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu çıxışında Türkiyənin Suriyada, Fərat çayının şərq hissəsində yeni bir hərbi əməliyyata başlayacağını açıq şəkildə bəyan etdi. Ərdoğan əməliyyatı “Barış Pınarı” (Sülh Çeşməsi) adlandırıb.

erdoğan barış pınarı ile ilgili görsel sonucu

"Barış Pınarı" əməliyyatı nə üçün həyata keçirilir? Türk ordusu regionda hansı hədəfləri reallaşdırmağa çalışır? Bu əməliyyat Türkiyə üçün hansı riskləri özündə ehtiva edir? Bu və mövzu ilə bağlı digər sualları iki hərbi eskpertə ünvanladıq.

 İraq və Fars körfəzində bir neçə missiyada iştirak edən kəşfiyyatçı, istefada olan ABŞ polkovnik-leytenantı Rik Frankona mövzuyla bağlı Eurasia Diary-ə ekskluziv açıqlamalar verib:

“Türkiyənin Suriyaya girməsi ABŞ-ın regionu tərk etməsi mənasına gəlir”.

“Əgər mən prezidentin sözlərini düzgün başa düşmüşəmsə ABŞ qüvvələri sərhəd əraziləri, hətta qısa zamanda bütün Suriyanı tərk edəcək. Mən çox narahatam ki, ABŞ-ın regionda yoxluğu sadəcə türklərə deyil, eyni zamanda ruslara və iranlılara Suriyada sərbəstlik verəcək. Hansı ki bu dövlətlər Suriyadakı rejimi məhv olmağa imkan vermirlər. İndi hərkəsdə olduğu kimi mənim beynimdə də bir çox suallar var. Amerika sadəcə Suriyadan İraqa doğru çəkildi, yoxsa qısa zamanda İraqdan da çıxacaq? Bu sual məni narahat edən və düşündürən mürəkkəb suallardan biridir”, – deyə ekspert bildirib.

“Kürdlər bizi arxamızdan vurmuşdu, biz də indi onları...”

R.Frankona kürd liderlərin Türkiyənin hərbi əməliyyatına imkan verməklə ABŞ-ın kürd xalqını arxadan bıçaqladığı ilə bağlı açıqlamalarına münasibət bildirib:

“Bu fikirlə razılaşmaq çox çətindir. Mən 90-cı illərin ortalarından kürdlərlə uzun müddət çalışmışam. O zamanlar Amerika ictimaiyyətində belə bir fikir var idi ki, kürdlər 1975-ci ildə şah rejiminin çöküşünün bir hissəsi kimi Əlcəzair sazişini imzalamaqla ABŞ-a xəyanət ediblər. Bu amerikalılarla kürdlərin qarşılıqlı münasibətlərində ən ağrılı məqamlardan biridir. Belə görünür ki, biz eyni davranışı təkrarlayırıq. Bu dəfə isə sözdə NATO müttəfiqi Türkiyənin göstərişinə əsasən...”

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına etiraz etməsini ekspert belə şərh edib:

zarif ile ilgili görsel sonucu

“Mən Zərifin sözlərinə əhəmiyyət vermirəm. İran, Rusiya və Türkiyə ilə Suriyada əməkdaşlıq edir. Mənə Zərifin Suriyanın mifik suverenliyini müdafiə etməsi gülməli gəlir. Suriyada əsas oyunçular mahiyyət etibarilə Rusiya, İran və Türkiyədir”.

R.Frankona Türkiyənin “Sülh Çeşməsi” əməliyyatında uğursuz olacağını düşünür:

“Türk qüvvələri çox yaxşı silahlanıb. Artileriya, aviasiya, xüsusi təyinatlı qüvvələr, kəşfiyyat, zirehli maşınlar və s. çox yaxşı vəziyyətdədir. Lakin türklərin regionda həyata keçirdiyi əvvəlki hərbi əməliyyatları olduqca qeyri-peşəkar idi. Onlar İdlib və Afrində bir çox hədəflərinə çata bilmədilər. İndi isə onlar bütün Suriya sərhəddi boyunca əraziləri tutmaq istəyirlər? Nizami orduyla döyüşmək ayrı, öz evlərini qoruyan kürd partizanlarla döyüşmək tamam ayrı hekayədir”.

İllərlə türk ordusunda xüsusi təyinatlı qüvvələrdə xidmət edən, PKK terrorçuları ilə saysız-hesabsız toqquşmalarda iştirak edən hərbi ekspert Abdullah Ağar Eurasa Diary oxucuları üçün "Sülh Çeşməsi" əməliyyatını şərh edib.

A.Ağar bu əməliyyatın "Afrin", "Zeytun Budağı" kimi əməliyyatlardan tamamilə fərqləndiyini qeyd edib:

“Afrin əməliyyatının hədəf sahəsi təxminən 3 min km2 idi. "Zeytun Budağı" əməliyyatında da Menbiç bir kənarda qaldı və əməliyyatın əhatə dairəsi 2 min km2 oldu. Hazırki “Sülh Çeşməsi” əməliyyatında siyasi hədəf olaraq MB4 magistral yollarının nəzarətə götürülməsi qoyulubsa onda bu əməliyyatın əhatə dairəsinə Menbiç də daxil edilib. Bu halda təxminən 16 min km2 ərazini əhatə edəcək bir əməliyyat olacaq. Və bu rəqəm "Afrin" və "Zeytun budağı" əməliyyatlarından səkkiz dəfə böyükdür. Əgər əməliyyat Ərdoğanın da qeyd etdiyi kimi Rəqqa və Deyr əz-Zor vilayətlərinə qədər yayıla bilsə və 40 km dərinliyində bir miqyas qazansa, o halda YPG-PKK-nın Suriyada varlığına son qoyula bilər. Bu ərazi Suriyanın 3/1 mənasına gəlir. Hər şey çox fərqli olacaq. Bu əməliyyat çox ciddi siyasi, hərbi və geosiyasi riskləri özündə ehtiva edir və daşıdığı risklərinə görə Sülh Çeşməsi əvvəlki əməliyyatlarla müqaisə edilə bilməz”.

Qeyd edək ki, Qarabağın ətraf rayonlarla birlikdə ümumi ərazisi 12 min km2-dir. Türkiyə isə Suriya torpaqlarında, 16 min km2-lik ərazini terroristlərdən təmizləyərək nəzarətə götürmək üçün hərbi əməliyyatlara başlayır...

A.Ağar Türkiyənin Suriyada üz-üzə gələcəyi YPG qüvvələrinin hərbi gücünü dəyərləndirib:

"İndiyədək ABŞ tərəfindən 30 min TIR-lıq hərbi avadanlıq YPG-yə verilib. YPG-nin tərkibində 65 min terroist var ki, bunların ən azı 14 mini dağlarda Türk ordusuna güllə atıb. YPG-nin əlində tankəleyhinə qurğular, hava hücumundan müdafiə qurğuları, atəşə dəstək sistemləri, zirehli maşınlar və s. var. Yəni, YPG kifayət qədər yaxşı silahlanıb. Lakin burada döyüşün taleyini həll edəcək məqam ABŞ-ın YPG-yə verdiyi silahların neçəsindən istifadə etməyə icazə verəcəyidir.

ypg ile ilgili görsel sonucu

Regiondakı türbülans, İdlibdəki dalğalanma, region dövlətlərinin mövqeyi, beynəlxalq aləmdə formalaşan ictimai rəy və s. əməliyyatın taleyinə ciddi surətdə təsir edəcək. Burada ancaq Fəratın şərqi deyil, İraqın şimalı da əməliyyatdan təsir görə bilər”.

Sonda ekspert Türk ordusunun əməliyyat öncəsi psixoloji durumunu dəyərləndirib:

Şəhid olmağa hazır generallarımız var

"Türkiyə Trampın təhdidlərinə görə həyati əhəmiyyətə malik bu əməliyyatdan imtina etməyəcək. Bu cumhuriyyət tarixinin ən vacib və genişmiqyaslı hərbi əməliyyatlarından biridir. Bu əməliyyatlarda ordumuz təpədən dırnağa qədər muasir silahlarla silahlanmış terrorçulara qarşı mübarizə aparacaq. Ordunun motivasiyası çox yüksəkdir. Ötən gün sərhəddəki bir generalımızla həmsöhbət oldum. Mənə “bir canımız var o da vətən, dövlət yolunda fəda olsun”- dedi. Şəhid olmağa hazır generallarımız var və inanırıq ki, ordumuz bu əməliyyatdan da üzü ağ çıxacaq”.

 

Nicat İSMAYILOV

Ülvi ƏHMƏDLİ

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...