Erməni təxribatları ilə bağlı hərbi-ekspert Nazim Bayramovla MÜSAHİBƏ

Analitika 17:10 28.11.2019

Bir neçə gün əvvəl Ermənistana aid KİV-lərdə guya Azərbaycan ordusunun Ağdərə istiqamətində diversiyaya cəhd etməsilə bağlı informasiyalar yayılmışdı. Ehtiyatda olan zabit, Qarabağ müharibəsi qazisi və hərbi-ekspert Nazim Bayramovdan məsələ ilə bağlı müsahibə aldıq.

Eurasia Diary həmin müsahibəni təqdim edir.

Nazim bəy, bir neçə gün əvvəl Ermənistana aid KİV-lərdə guya Azərbaycan ordusunun Ağdərə istiqamətində diversiyaya cəhd etməsilə bağlı informasiyalar yayılmışdı. Yəqin ki, məsələdən xəbərdarsınız?

“Bəli, dediyiniz informasiyadan xəbərim var. Bilirsiz, Azərbaycan hal-hazırda beynəlxalq arenada diplomatik cəhətdən daha təşəbbüskardır. Buna diplomatik cəbhə də demək olar. Ermənistan tərəfi bundan narahatdır. Azərbaycanın bu fəaliyyətindən narahat olan Ermənistan isə müxtəlif təxribatlarla haqq işimizi dünya arenasına nahaq, aqressiv, təcavüzkar kimi göstərmək üçün əlindən gələni edir. İşğaldan yayınmaq üçün bizi işğalçı kimi göstərməyə çalışır”.

Niyə məhz Ağdərə istiqaməti? Bunun xüsusi bir səbəbi varmı?

"Çünki Ağdərə istiqaməti haqqında ermənilər üçün yalan danışmaq asandır. Bunun səbəbləri çoxdur, amma mən sizə iki əsas səbəbi bildirmək istəyirəm:

-Həmin ərazidə ermənilər ehtiyat edirlər, həmçinin çox qorxurlar. Ona görə ki, həmin ərazidə qoşunların birbaşa təmas xətti yoxdur və ərazi relyef baxımından qarışıqdır. Ağdərə istiqamətində təmas xətti boyu dağlar var. Dağın arxasında və ya qarşısında nəyin baş verdiyini mülki şəxslər görmədiyinə görə Ağdərə istiqamətində Azərbaycan hücuma keçib demək daha inandırıcı gəlir onlar üçün.

 Əgər desələr ki, “Azərbaycan ordusu Xocavənd istiqamətində hücum edir” o zaman gərək video kadrlar göstərsinlər. Çünkü Xocavənd istiqamətində relyef icazə verir ki, ərazi tam müşahidə olunsun.

-İkinci bir səbəbi isə xalqın gözünü qorxutmaqdır. Daxildəki siyasi intriqa, qarşıdurma və gərginliyi azaltmaq üçün ki, “Baxın türklər Ağdərə istiqamətində hücuma keçərək gəlirlər”...

Göz gördüyündən qorxar. O vaxt biz ora Ağdərədən hücum edərək keçmişdik".

Nazim bəy, son illər düşmən informasiya müharibəsində vaxtaşırı təxribatlar edir. Belə ki, bir gün xəbər çıxır ki, “Azərbaycan ordusu dron qaldırıb kəşfiyyat xarakterli müşahidə aparır”, daha sonra deyirlər ki, “Azərbaycan tərəfi atəşkəsi davamlı pozur” və s. Hətta keçən aylarda dronumuzun vurulma xəbəri çıxdı. Müdafiə Nazirliyi xəbəri təkzib edərək bunu düşmənin növbəti təxribatı adlandırmışdı. Düşmən dayanmır, təxribatlarına davam edir. Biz niyə onlara eyni üsulla cavab vermirik?

"Bilirsiz... Məsələ ondadır ki, torpaqları işğalda olan tərəf bizik. Ermənistan isə işğalçı tərəfdir. Vaxtilə müəyyən yollarla, xarici dəstəklə Dağlıq Qarabağı işğal etdi və dayandı. Emosiyasız və tam realist baxsaq, onlara müharibə lazım deyil. Müharibə uduzana və itirənə lazımdır ki, ərazi bütövlüyünü bərpa etsin. Bu təbliğat deyil, faktdır.

Bu gün Qarabağdakı separatçı rejimi ən çox narahat edən məsələlərdən biri Paşinyanın səsləndirdiyi “Qarabağ Ermənistanındır” ifadələridir. Mən düşmənin KİV-ni davamlı izləyirəm. İki tərəf bir-birilə mübahisə vəziyyətindədir. Separatçı rejim Paşinyana təzyiq göstərir ki, “Sən niyə belə bir ifadə səsləndirdin? Sənin bu ifadələrin Azərbaycanı seçimsiz qoydu. Onlar artıq məsələnin müharibə yolu ilə həllinə çalışacaqlar”.

Bunun səbəbi isə bəllidir. Erməni uduzacağını, meydandan məğlub ayrılacağını yaxşı bilir. Üstəlik, onlar üçün itkilər çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan əhalisinin sayı azdır, insan resursları yoxdur. Müharibədə itkiləri çox olarsa, bərpa olunmaları mümkün olmayacaq, infrastruktur darmadağın olacaq. Ermənistan tərəfi istəsə belə müharibə edə bilməz, ona görə də müharibəni arzulamır. Azərbaycana söz verib uzadırlar ki, bəlkə vaxt qazanalar. Bayaq qeyd etdim, bir daha deyirəm, təxribatlar da məhz beynəlxalq arena üçündür ki, Azərbaycanı müharibə arzulayan, işğalçı, aqressiv kimi göstərsinlər.

Ermənistan avqust və oktyabr aylarında ölkə səviyyəsində 2 dəfə müharibə təlimləri keçirdi. Bu ordu üçün deyildi. Dövlətin mülki qurumları üçün idi. Çünki, müharibə vaxtı təkcə ordu vuruşmur, eyni zamanda dövlət strukturları da orduya dəstək olur. Loru dildə desək “vuruşurlar”. Bu təlimlər bizim hücumlarımıza qarşı keçirilmişdi. Azərbaycan müharibə etmək, düşmənə ciddi zərbələr endirmək, geopolitik pəncərə açmaq üçün bu şəraitin üzərində işləyərək, xüsusi bir məqam gözləyir. Bu qaçılmazdır və olacaq!

Azərbaycan beynəlxalq ictimaiyyətə sülhə önəm verdiyini, hərbi ritorikadan istifadə etmədiyini göstərmək istəyir. Lakin düşmən təxribatlara təkidlə davam edir. Bilir ki, türk öz torpağının ardınca gələcək. Xatırlayırsınızsa, apreldə erməni siyasətçi qadın dedi ki, “Axı biz sizə deyirdik ki, türk öz torpağını azad etmək üçün hücum edəcək. Ola bilməz ki, türk torpağından əlini üzsün və desin ki, olsun sizin”. Onlar bizim qayıdacağımızı yaxşı bilir!"

Müharibə hansı fəsillərdə daha əlverişli sayılır?

"Hər iki tərəf üçün hücum yaz və yay aylarında, xüsusən də yayda daha əlverişlidir. Çünki yollar dardır, üstəlik qışda hava şəraitinə görə bağlı olur. Texnika xarab olarsa onun təmiri, hərbiçilərin təchizatı və təminatı mümkünsüz olur. Biz qışda döyüşmüşük. Qışda dağlarda döyüşmək yaydan fərqli olur. Qış yalnız müdafiə üçün əlverişlidir. Bu bütün dağlıq ölkələrə xas xüsusiyyətdir. Amerikanın döyüş nizamnaməsi və Rusiya kimi ölkələrdə də bu belədir".

(ARDI VAR)

Fəqan MUXTARLI

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı