FİFA 2022-ci il üçün ən yaxşı oyunçu ("The Best") mükafatının qalibinin adını gizli saxlayır.
Ednews xəbər verir ki. mükafa namizədlər arasından finala qalanlar Lionel Messi (PSJ, Argentina ), Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzemadır ("Real", Fransa).
"Mundo Deportivo"nun məlumatına görə, FİFA hələ ki, mükafatın qalibi haqda futbolçulara məlumat verməyib. Qurum Messi, Mbappe və Benzemadan mükafatlandırma mərasiminə gəlmələrini istəyib.
Qalib fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq. 2021-ci il üzrə bu mükafatı Robert Levandovski qazanıb.