“Qarabağ” - “Qalatasaray” matçına gedəcək azarkeşlərin NƏZƏRİNƏ - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Qarabağ” - “Qalatasaray” matçına gedəcək azarkeşlərin NƏZƏRİNƏ

İdman A- A A+

Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissə-hissə buraxılacaqlar.

Ednews BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin verdiyi məlumata istinadən xəbər verir ki, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.


O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq:

"Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".

Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...