Daha iki idmançımız Dünya Kubokunda qızıl medal qazandı - FOTOLAR - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Daha iki idmançımız Dünya Kubokunda qızıl medal qazandı - FOTOLAR

İdman A- A A+
Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb. 
 
Ednews  xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 
 
Para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib. 
 
O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb. 
 
Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O, fərdi kateqoriyada 205 kq nəticə ilə yarışı 4-cü yerdə başa vurub. 
 
Qeyd edək ki, azərbaycanlı paraatlet Leyla Kərimova bir gün əvvəl Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub. 
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...