“Fənərbağça”nın baş məşqçisi komandadan ayrılır

"Fənərbaxça"nın baş məşqçisi Jorje Jesus Türkiyə Kubokunun final matçından sonra komandadan ayrılacaq.  
 
Ednews xəbər verir ki, bu barədə "Al-Riyadiah" nəşri məlumat yayıb.  
 
Məlumata görə, portuqaliyualı məşqçinin yeni iş yeri də bəllidir. 68 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını çalışdıracaq. Təcrübəli məşqçi ilə 3 illik müqavilə imzalanıb.  
 
Qeyd edək ki, Jorje Jesus 2022-ci ilin yayında "Fənərbaxça"nın baş məşqçisi təyin olunub.
 
İstanbul təmsilçisi 37 turdan sonra Türkiyə Super Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda ölkə kubokunun finalında "Başakşehir"lə üz-üzə gələcək. 
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"