Levon Aronyan Bakıya gələcəkmi?

Qrossmeyster Levon Aronyan özünün “Twitter” hesabında 2023-cü ildə Azərbaycanda keçiriləcək dünya çempionatına toxunaraq paylaşım edib.

Ednews
"Hraparak" nəşrinə istinadən xəbər verir ki, Aronyan paylaşımında yazıb: "Mən dilemma qarşısındayam. Dünya çempionatını çox sevən bir insan kimi 2023-cü ildə keçiriləcək dünya çempionatında iştirak etmək istərdim, amma bir erməni olaraq Bakıya gedərkən özümü təhlükəsiz hiss etməyəcəyəm”.


Dəniz Pənahova