PSJ-nin qapıçısı Serxio Riko yenidən komaya düşüb.
Ednews xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Bildirilib ki, qolkiper hələ də Sevilyadakı xəstəxanadadır. İyunun 7-də Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı barədə məlumatlar ortaya çıxmışdı. Bu gün həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə etdiyi məlum olub.
Bundan əvvəl Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilmişdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və orada ona beyin qanaması diaqnozu qoyulub.