Avstriya yığmasının 7 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunöncəsi zədəli duruma düşüb.
Ednews-un yerli mətbuata istinadən məlumatına görə, onlardan hücumçu Marko Arnautoviçin oktyabrdakı görüşlərə çağırılmayacağı dəqiqdir.
Klublarının heyətində zədələnən müdafiəçilər David Alaba və Stefan Poşun da qarşıdakı matçlara dəvət alma ehtimalları çox aşağı göstərilib. Marsel Sabitzer, Mixael Qreqoritş, Florian Qrillitş və Filip Muene isə hazırda zədələrini sağaltmaqla məşğuldurlar.
Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.