Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Braziliyaya qarşı matçda zədələnib.
Ednews xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçunun özü məlumat verib.
"Əzələlərimdə narahatlıq hiss etdim. Bu, ilin son oyunu idi. Ona görə də 2024-cü ilə tam gücümlə başlamaq üçün bərpa olunmağa vaxtım var".
Xatırladaq ki, Lionel oyunun 78-ci dəqiqəsində əvəzlənib. ESPN-in məlumatına görə, argentinalı ilk hissədə zədələnib.
Qeyd edək ki, Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində 5 oyunda 3 qol vurub.