İspaniyanın Real Madrid klubunun hazirki baş məşqçisi Karlo Ançelottiyə İngiltərənin Mançestr Unayted klubundan məşqçilik təklifi gəlib.
Ednews "onefootball" nəşrinə istinadən xəbər verir ki, Real Madrid məşqçisi La Liqa nəhəngləri ilə müqaviləsinin son aylarına girir və üfüqdə yeni bir təklif yoxdur. Unayted rəgbərliyi isə Ten Haq-ın gələcəyinə şübhə ilə yanaşır və yerinə yeni məşqçi axtarır.
Qeyd edək ki, İtaliyan baş məşqçinin 2024 - cü ilin yay aylarında Braziliya milli komandasına keçəcəyi gözlənilir.
Əkbər