"Real"ın zədəli futbolçuları Eduardo Kamavinqa və Vinisius Juniorun son durumları bilinib.
Ednews xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti danışıb. O, sözügedən futbolçuların 2023-cü ildə daha meydana çıxa bilməyəcəklərini bildirib:
"Düşünürəm ki, Vinisius və Eduardo gələn ilə qədər oynaya bilməyəcək, lakin çempionat fasiləsindən qayıdanda hər ikisi məşq etməyə hazır olacaqlar".
Qeyd edək ki, Vinisius noyabrın 16-da Kolumbiya-Braziliya matçında (2:1) sol budundan, Kamavinqa isə Fransa millisi ilə məşq zamanı sağ dizindən zədələnib.