Yeni mövsümdən Türkiyə kubokunun formatı dəyişdiriləcək.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, 2024/2025 mövsümündən qrup mərhələsində 24 komanda çıxış edəcək. 4 qrupun hərəsində 6 komanda yer alacaq. Qruplarda ilk 2 pilləni tutan klublar növbəti mərhələyə yüksələcəklər.
Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq.
Bildirilib ki, Türkiyəni avrokuboklarda təmsil edəcək 5 komanda birbaşa qrup mərhələsində mübarizə aparacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra qrupda iştirak etmək hüququ qazanacaqlar.