3 iyun - Dünya Velosiped Günü münasibətilə Astarada veloyürüş təşkil edilib.
Ednews xəbər verir ki, yürüş şəhərin bulvar ərazisində çoxsaylı velosiped həvəskarlarının iştirakı ilə keçirilib.
Tədbir Lənkəran-Astara Regional Gənclər İdarəsinin Astara sektoru və Astara Gənclər Evi tərəfindən təşkil edilib.