Braziliya millisi Mərakeşlə oyuna ciddi itki ilə çıxacaq.
EDnews xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti Neymarın bu gecə keçiriləcək qarşılaşmada meydanda olmayacağını təsdiqləyib.
Məlumata görə, braziliyalı ulduz futbolçu zədə səbəbindən oyunu buraxacaq. Ançelotti bildirib ki, Neymarın bərpa prosesi davam edir və məşqçilər korpusu onun tam hazır vəziyyətə qayıtmasını gözləyir.
Braziliya millisi Dünya Çempionatı-2026-nın qrup mərhələsində ilk oyununu Mərakeşə qarşı keçirəcək. Neymarın yoxluğu komandanın hücum xəttində ciddi itki kimi qiymətləndirilir.
Qeyd edək ki, Neymar may ayında aldığı baldır zədəsinə görə bir müddətdir tam məşqlərdə iştirak etmir. Onun növbəti oyunlarda meydana çıxıb-çıxmayacağı bərpa prosesindən asılı olacaq.
.jpg)






