İran dövlət televiziyası ölkənin mərhum ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı məlumat yayıb.
EDnews xəbər verir ki, bu barədə “Xinhua” İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Məlumata əsasən, Əli Xamenei ilə vida və dəfn mərasimləri iyulun 4-dən 9-dək keçiriləcək.
Bildirilib ki, mərasimlərin Tehranda başlayacağı, daha sonra Qum şəhərində davam edəcəyi və iyulun 9-da Məşhəddə dəfn mərasimi ilə yekunlaşacağı gözlənilir.
İran mediasının məlumatına görə, dəfn mərasiminin genişmiqyaslı dövlət tədbiri kimi təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl İran mediasında Xameneinin dəfn mərasiminin bir neçə dəfə təxirə salındığı barədə məlumatlar yayılmışdı. Rəsmi Tehran mərasimlərin təhlükəsizlik və təşkilati səbəblərlə mərhələli şəkildə keçiriləcəyini bildirir.





.jpg)

