Qətərdən olan baş hakim Əbdürrəhman Əl-Cassim futbol üzrə 2026-cı il dünya çempionatında vaxtın uzadılmasına görə ilk künc zərbəsini təyin edib.
EDnews TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Portuqaliya və Konqo Demokratik Respublikası yığmalarının oyununda baş verib (1:1).
İkinci hissənin əvvəlində konqolular topu qapıdan oyuna daxil etməyə başlayıblar, lakin müəyyən olunmuş beş saniyəlik limitə əməl edə bilməyiblər.
Bu qayda dünya çempionatlarında ilk dəfə tətbiq olunur.







