Rusiyanın Ermənistandakı Erebuni aviabazasının pilotları dördüncü nəsil qırıcılar sinifinə aid "MiQ-29" təyyarələrində uçmağa başlayıb.
Bu barədə RİA Novosti xəbər verir.
"İlkin təlimlərdə "MiQ-29" qırıcılarının pilotları müəyyən edilmiş marşrutlar üzrə uçaraq gündüz vaxtı uçuş, hava kəşfiyyatı üçün uçuş, dağlıq ərazidə uçuş və eniş üzrə ilkin elementləri məşq edəcək", - Cənub Hərbi Dairəsinin (CHD) məlumatında bildirilir.
CHD-nin hərbi pilotları 2017-ci ildə Ermənistanda Kəmxud və Alagöz yüksək dağ poliqonlarında keçiriləcək komando-qərargah, uçuş-taktiki, taktiki və taktiki-xüsusi təlimlər zamanı həm aviabirləşmələrin tərkibində, həm də motoatıcı, tank, artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli şəkildə 100-dən çox müxtəlif tapşırıqlar yerinə yetirəcək.