Türk əsilli ukraynalı milyarder Rinat Əhmədov özünə aid Donetskdəki Yenakiyevsk Metallurgiya Zavodu və Luqanskdakı "Krasnodonuqol" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini dayandırıb.
Ukrayna mətbuatı xəbər verir ki, onun belə addım atmasına Donbas bölgəsinə gedən dəmiryollarının qapadılması səbəb olub.
Məhz bu faktor, zavodun məhsullarının daşınmasına imkan vermir.
Türk (tatar) əsilli milyarder Rinat Əhmədov Ukraynanın ən varlı adamı sayılır.
Onun 2 milyard dollardan çox sərvəti olduğu bildirilir.(sputnik.az)