Avstraliyanın ən zəngin adamlarından biri olan Ceyms Peker psixi problemlərilə əlaqədar olaraq "Kraun Rezorts LTD" şirkətinin Direktorlar Şurasından istefa verib.
50 yaşlı milyarderin, ümumiyyətlə, heç bir işlə məşğul olmayacağı bildirilib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, Avstraliya mətbuatı Pekerin 2000-ci ilin əvvəllərindən etibarən depressiya ilə mübarizə apardığını bəyan edib.
Qeyd edək ki, hazırda Pekerin sərvəti 4 milyard dollar həcmində dəyərləndirilir. O, Avstraliya və Britaniyada böyük kazinolara sahibdir. Peker hazırda İsraildə yaşayır.
Milyarder məşhur müğənni Meray Kerinin keçmiş nişanlısıdır. (axar)