İki ad günü olan, taksi sürücüsü işləyən, pasportu olmayan kraliça Elizabet haqqında maraqlı faktlar

Dünya 11:01 09.09.2022

Sentyabrın 8-də vəfat edən II Elizabet bu günlərdə dünya mediasının diqqətindədir. Ednews Kraliça haqqında maraqlı faktları təqdim edir.

Elizabet 21 aprel 1926-cı ildə Londonda anadan olub. Bukingem sarayında yerləşən kiçik kilsədə arxiyepiskop Kosmo Lonq tərəfindən xaç suyuna salınıb. Onun xaç ataları ata tərəfdən baba və nənəsi, həmçinin xala, bibi, əmi və dayıları olmuşlar. Uşaqlıqda onu Lilibet çağırırdılar.

***

Elizabetin iki ad günü var. Kraliçanın əsl ad günü, yəni doğulduğu gün, aprelin 21-dir. Lakin kraliça həm də iyun ayında “rəsmi” ad gününü qeyd edir. Birləşmiş Krallıqda ənənə olaraq kral və ya kraliçanın rəsmi ad günü şənlikləri əsl ad günlərindən fərqli gündə keçirilir. Adətən rəsmi ad günləri yay aylarına salınır, çünki Birləşmiş Krallıqda yay aylarında hava şəraiti daha yaxşı olur.

İki ad günü ənənəsi 250 il bundan əvvəl, 1748-ci ildə kral 2-ci George-un zamanında başlanıb.

***

Gələcək kraliçanın uşaqlığı qayğısız və xoşbəxt keçib. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib.

***

İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir. 13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

***

Kraliçanın qohumunun dediyinə görə, o, hər axşam yatmazdan öncə bir qədəh şampan içməyi xoşlayarmış.

***

Tarixdə ilk dəfə məhz kraliça II Yelizavetanın tacqoyma mərasimi televiziya ilə canlı yayımlanıb. 24 mart 1953-cü ildə Vestminsterdə keçirilən mərasimi 20 milyon insan izləyib.

***

Kraliça, hökmranlığı dövründə indiyədək 129 ölkəyə səfər edib. Onun pasportu yoxdur, çünki Britaniya pasportları onun adından verilir.

***

Xanım kraliçanın futbola da marağı olub. Onun Londonun “Arsenal” klubunun azarkeşi olduğu heç kəsə sirr deyildi.

***

Kraliça Elizabetin Şahzadə Philiplə 73 illik evlilik həyatları olub. Onlar 1947-ci ilin 20 noyabrında nikaha giriblər.

***

1990-cı ildə Milanda olarkən 4 min 300 sterlinq ödəyərək, 3 yataq otağı olan oteldə qalıb. Maraqlıdır ki, o, otaqlardan birini ayaqqabılarını saxlamaq üçün kirayələyib.

***

İtlərinin yalnız gümüş qaşıqla yedizdirilməsi ilə bağlı tapşırıq verirdi.

***

Yazı masasında vərəqin altına daim xüsusi bir qara kağız qoyarmış. O, bununla dövlət sirlərinin yayılmasının qarşısını alırmış.

***

Facebook və Twitter hesablarının mətbuat katibləri tərəfindən idarə olunmasına baxmayaraq, kraliça telefon yazışmalarını özü edirdi. Şahzadə Uilyamla Harrinin sayəsində Yelizaveta sms yazmağı öyrənib və nəvələriylə mobil telefon vasitəsilə əlaqə saxlayırmış.

***

Ceyms Bond filmlərinin pərəstişkarı olan kraliça 2012-ci il London Olimpiadasına həsr edilmiş xüsusi videoçarxda çəkilib. O, açılış mərasiminin reklam videosu üçün aktyor aktyor Deniel Kreyqə şəxsən dəvət göndərmişdir.

***

Kraliça Böyük Britaniyada başqa ölkələrə müharibə elan etmək hüququna malik yeganə şəxsdir. Lakin bu hüquqdan yalnız “total müharibə” deyilən şəraitdə və yalnız baş nazir, parlament və hökumətin qalan hissəsinin razılığı ilə istifadə oluna bilər. Bütün hakimiyyəti dövründə II Elizabet heç vaxt bu hüquqdan istifadə etməyib.

***

8 sentyabr 2022-ci ildə Bukingem Sarayı, həkimlərin narahatlığını ifadə etdikdən sonra 96 yaşlı Kraliçanın Balmoralda tibbi nəzarət altında olduğunu elan etdi. Kraliçanın dörd uşağı, gəlinləri və Şahzadə Uilyam və Şahzadə Harri ilə birlikdə onunla birlikdə olmaq üçün ziyarətə gəldilər. Onun ölümü sonradan həmin axşam "London körpüsü əməliyyatı" qüvvəyə minərək təsdiqləndi.

***

Kraliçanın ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olacaq. Ənənəyə görə, yeni monarxın tacqoyma mərasimi taxta çıxdıqdan 1 il sonra baş verir. 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı