Britaniya Polşaya qırıcılarla bağlı kömək edəcək - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Britaniya Polşaya qırıcılarla bağlı kömək edəcək

Dünya A- A A+
“Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Böyük Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır”.
 
Ednews xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.
 
“Biz Polşanın boşluqları doldurmaq istəyinə son dərəcə müsbət yanaşacağıq. Varşava ilk dəfə Ukraynaya T-72 əsas döyüş tanklarını verəndə biz onlara “Challenger 2” tanklarını verdik. Eyni şey qırıcılara da aiddir”-deyə, o bildirib.
 
Eyni zamanda Hippi aydınlaşdırıb ki, indiyədək Varşavadan bir dənə də olsun müraciət daxil olmayıb. O, Polşa hakimiyyətinin qərarını “vacib məqam” adlandırıb.
 
Onun sözlərinə görə, Ukrayna hərbçiləri üçün ən yaxşı həll yolu onların artıq tanış olduqları reaktiv təyyarələrdir:
 
“Digərləri üçün sual budur ki, biz onların texnikasını təmin edən hava qüvvələrinin potensialını nə dərəcədə bərpa edəcəyik”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...