"Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq" - İsveç millisinin kapitanı - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq" - İsveç millisinin kapitanı

Dünya A- A A+
"Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib". Ednews-un xəbərinə görə, bunu İsveç yığmasının kapitanı Viktor Lindelöf evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib. 29 yaşlı müdafiəçi qrupun ilk matçında Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyus olduqlarını bildirib: "Amma inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik". Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...