PSJ-nin hücumçusu Lionel Messi "Barselona"dan bu mövsümün sonuna qədər onun kluba keçməsini təşkil etməyi xahiş edib.
Ednews xəbər verir ki, bu barədə Twitch-də canlı yayımda jurnalist Jerar Romero məlumat verib.
“Barselona” Messinin transferini təşkil etmək üçün qəti addım atmasa, argentinalı oyunçu PSJ-də qalacaq. Futbolçu mövsümün sonuna qədər gələcəyi ilə bağlı qərar vermək istəyir.
35 yaşlı futbolçunun PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.