"Türkiyənin Sudandakı səfirliyinin əməkdaşları, o cümlədən mühafizə işçiləri təxliyə olunub".
Ednews xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün xüsusi əməliyyat təşkil olunub:
“Sudanda toqquşmalar davam edir, küçə döyüşləri gedir. Ona görə də əməkdaşlarımızı təxliyə etdik. Allah heç bir ölkəni bu vəziyyətə salmasın”.