Əl-Cəzirə Şirin Əbu Aqlehin qətlinə görə cavabdehlik tələbini yeniləyir - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Əl-Cəzirə Şirin Əbu Aqlehin qətlinə görə cavabdehlik tələbini yeniləyir

Dünya A- A A+
İsrailin qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail hərbi hücumları ilə bağlı reportaj hazırlayarkən İsrail əsgərləri tərəfindən güllələnərək öldürülən Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aqlehin öldürülməsinin bir illiyin ilə bağlı 11 may 2023-cü il anım mərasimi keçirilib.
 
Ednews Əl-Cəzirəyə istinadən xəbər verir ki, İsrailin fikirləri yayındırmaq və məsuliyyəti inkar etmək cəhdlərinə baxmayaraq, Şirin Əbu Aqlehin qətli qlobal etiraza səbəb olub. Müstəqil beynəlxalq araşdırmalar yekdilliklə təsdiqləyib ki, Şirinin mavi dəbilqə və jilet taxmasına baxmayaraq, onu mətbuat üzvü kimi tanıdan İsrail əsgərləri onu hədəf alıb.
 
Əl-Cəzirə Media Şəbəkəsi Şirinin ailəsinə və həmkarlarına onun qatillərinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün mümkün yolları axtararaq Şirin üçün ədalət axtarmaq vədinə sadiq qalır.
 
Media Şəbəkəsi beynəlxalq insan haqları və mətbuat azadlığı təşkilatlarına Şirinin işini dəstəkləməyə davam etmək və jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoymağa kömək etmək üçün müraciətini yeniləyir.
 
Şirinin ölümün  ildönümündə Şəbəkə Beynəlxalq Fəaliyyət Günü vasitəsilə onun xatirəsini və jurnalistikaya verdiyi töhfəni ehtiramla yad edir.
 
Dohadakı Əl-Cəzirə ofisi də Şirinin həyatı və etdiyi fədakarlıqlar haqqında xüsusi seminar təşkil edən anım tədbiri ilə onun xatirəsi ehtiramla yad edilib. 
 
Tədbirdə Media Şəbəkəsinin rəhbərliyi və Şirinin bir çox həmkarı da iştirak edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...