Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Niaqara şəlaləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb. 
 
Ednews  xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb. 
 
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.