İtaliyada fırtına zamanı turist gəmisi batdı Ölən var

İtaliyada ad gününü qeyd edən turistlərlə dolu qayığın batması nəticəsində 4 nəfər ölüb.

Ednews İndependent-ə istinadən xəbər verir ki,  İtaliyada fırtına zamanı turist gəmisinin batması nəticəsində 4 nəfər ölüb.

Səlahiyyətlilər bazar ertəsi günü dalğıcların gecə axtarışlarından sonra şimalın Lombardiya bölgəsindəki Maggiore gölündən dörd meyit çıxarıldığını təsdiqləyib.

İtaliyanın “Corriere della Sera” qəzetinin məlumatına görə, ölənlərdən ikisi israillidir. Bildirilir ki, qayıq ad günü gəzintisi çərçivəsində Sesto Kalendedəki tərsanədən çıxıb. Qayıqda başqa hansı millətlərin olduğu məlum deyil.

Bazar günü axşam qəfil qasırğa qayığı alt-üst etdi. Xilasetmə səyləri nəticəsində 19 nəfəri sudan xilas etmək mümkün olub, bir çoxunun ya sahilə üzdüyü, ya da qonşu qayıqlar tərəfindən götürüldüyü bildirilir.

Aysel Şahmar

İlham Əliyev xalqa müraciət edir - Canlı