Ərdoğandan İstanbulun fəthinin ildönümü ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 570-ci ildönümü münasibətilə paylaşım edib. 

Ednews xəbər verir ki, Ərdoğan paylaşımı rəsmi “Twitter” hesabında edib. 

“Anadolunun əbədi türk yurdu olaraq qalacağının tarixə həkk olunmuş möhürü olan İstanbulun fəthinin 570-ci ildönümünü təbrik edirəm. İstanbul fatehi Sultan Mehmeti və qəhrəman ordusuna Allah  rəhmət eləsin”, - deyə Ərdoğan qeyd edib.