Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədində pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət növləri fəaliyyət göstərəcək. Bu informasiyanı mətbuata Rusiya baş nazirinin müavini Aleksey Overçuk sızdırıb.
Onun sözlərinə görə, Ermənistan Naxçıvan, Zəngəzur və Azərbaycan vasitəsilə Rusiya, Aİ və İrana getmək imkanı əldə edəcək.
Ednews xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti mövzu ilə bağlı daha bir detalı açıqlayıb.
Mənbə yazır k, Nikol Paşinyan Azərbaycanda da daha çox Rusiyanın tələb etdiyi Zəngəzur dəhlizindən imtina edə bilməz:
"Bu baxımdan yol (dəmir yolu - red.) qısa müddət ərzində (3 və ya 5 il) fəaliyyətə başlayacaq".