Ukrayna ordusu əks-hücuma keçdi - 5-10 kilometr irəlilədi

Ukrayna silahlı qüvvələri artıq əks-hücuma başlayıb.
 
Ednews  xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələr "The Washington Post"a bildirib.
 
Nəşr qeyd edir ki, əks-hücum bazar ertəsi cənuba bir neçə istiqamətdə zərbə endirməklə başlayıb:
 
“Ukrayna bölmələri güclü minalanmış əraziləri yarıb cəbhənin bəzi hissələri boyunca 5-10 kilometr irəliləyiblər.  Administrasiya rəsmiləri bunun çox gözlənilməz olduğunu bildiriblər. Bu, Ukrayna qüvvələrinin Mariupol, Melitopol və sahil boyu Rusiyanın nəzarətində olan digər məntəqələrin geri qaytarılmasına, rusların Krıma gedən quru dəhlizinin kəsilməsinə böyük ümid yaradıb”.
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU