Bolqarıstan Müdafiə Nazirliyi Kiyevə hərbi yardım göstərmək planını açıqlayıb

Bolqarıstanın yeni müdafiə naziri Todor Taqarev Ukraynaya hərbi yardım göstərmək niyyətində olduğunu açıqlayıb.

Ednews "Mehrnews"a istinadən xəbər verir ki, Taqarev parlamentdə səsvermədən sonra çıxışında bildirib ki, onun nazirliyi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində səyləri davam etdirmək niyyətindədir.

“İkinci məqam ordumuzun Qara dəniz təhlükəsizliyinə töhfəsidir... Biz Ukraynaya əks-hücum əməliyyatını davam etdirməyə kömək etməliyik”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Taqarev bildirib ki, yardım Bolqarıstanın müdafiə qabiliyyətinə zərər verməməlidir.



Dəniz Pənahova

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU