Əfqanıstanın qərbində 40 məktəbli sudan zəhərlənib

Əfqanıstanın qərbindəki Fərəh vilayətində dini ibtidai məktəbdə 40 məktəbli kütləvi şəkildə içməli sudan zəhərlənib.
 
Ednews xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.
 
Hadisə əyalətin qərbində yerləşən Qala-i-Kah rayonundakı qızlar məktəbində baş verib. Zərərçəkənlərdən bəzilərinin xəstəxanaya yerləşdirilməsi tələb olunub, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. Suyun toksikliyinə nəyin səbəb olduğu hələ də məlum deyil.
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"