İrana müalicəyə gedənlərə XƏBƏRDARLIQ: Casusluğa cəlb edirlər

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. 
 
Ednews  xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. 
 
Məlumata görə, yeni həkimlər azərbaycanlıları "tələyə" salırlar. Hətta onları casusluğa cəlb edirlər. 
 
Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.