Köçəryan və Sarkisyanın işini aparan prokurorlar vəzifələrindən azad olundu

Ermənistan Baş Prokurorluğu eks-prezidentlərin işini aparan prokurorların işdən çıxarılmasını təsdiqləyib.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı qurumun mətbuat xidməti yayıb.
 
Mənbə yazır ki, Ermənistanın baş prokuroru Anna Vardapetyanın 25 may, 5 iyun və 6 iyun tarixli fərmanlarına əsasən, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın cinayət işində iştirak edən baş prokurorun müavini Gevorq Baqdasaryan və Cinayətlər üzrə idarənin rəis müavini, prokuror Petros Petrosyan vəzifəsindən azad edilib.
 
Bundan başqa, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan da (Korrupsiyaya Qarşı Mübarizə Komitəsində məhkəməyədək icraatın qanuniliyinə nəzarət şöbəsinin müdiri) vəzifəsindən azad edilib.
 
Vardapetyan prokurorluq sistemində başqa dəyişikliklər də edib.
 
Prokurorların işdən çıxarılmasının səbəbləri açıqlanmır.