Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün məqbul olmalıdır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
O vurğulayıb ki, KTMT məkanında münaqişələrdən, xüsusən də silahlı qarşıdurmalardan uzaqlaşmaq lazımdır:
"Bunlardan biri də Ermənistanla Azərbaycan arasındakı münaqişədir".
"Həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olacaq həll yolu tapmaq lazımdır", - Aleksandr Lukaşenko bildirib.