Koksun cəzalandırılması üçün Britaniyaya müraciət olundu

Dünya 19:22 09.06.2023
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması qızışdırıcı islamofob fikirlərinə görə Lordlar Palatasının üzvü Karolina Ann Koksun (Baronessa Koks) cəzalandırılmasını tələb edir. Bununla bağlı Britaniya Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın adından Britaniya Parlamentinin Standartlar üzrə Komitəsinin sədri Kristofer Con Brayanta müraciət ünvanlanıb.
 
Bu barədə Ednews-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Müraciətdə Baronessa Koksun tvitləri “Azərbaycanın Qarabağ regionunda nifrətin qəsdən alovlandırılması” kimi qiymətləndirilib və Azərbaycan icmasının sülh prosesinə mane olan bu tvitlərdən və xəbərlərdən dərin narahatlığı ifadə edilib: “Lordlar Palatası üzvünün sağçı siyasətçilərin diqqətini cəlb etmək üçün bu cür bölücü taktikalara əl atması, xüsusən də dindən sui-istifadəsi və islamofobiyanı təbliğ etməsi təəssüf doğurur”.
 
Lordlar Palatasının demokratik dəyərlərin qorunmasında və cəmiyyətdə harmoniyanın təşviqində əsas rol oynadığı, amma Baronessa Koksun təhrik və ayrı-seçkilik çalarları ilə dolu mətnaltı tvitlərinin bu prinsiplərə uyğun gəlmədiyi nəzərə çatdırılıb. “Söz azadlığı, şübhəsiz ki, qorunmalı fundamental hüquqdur, lakin ondan nifrət, dözümsüzlük və ya islamofobiyanı qızışdırmaq üçün qalxan kimi istifadə etmək olmaz. Lordlar Palatası mötəbər institut kimi öz üzvlərinin söz azadlığı hüquqlarından qarşılıqlı anlaşma, əməkdaşlıq və dözümlülüyü təşviq edən tərzdə məsuliyyətlə istifadə etmələrini təmin etməlidir”, - deyə icma sədri xatırladıb.
 
Standartlar Komitəsinin belə davranışı aradan qaldırmaq üçün tədbirlər görməsinin zəruri olduğuna diqqəti cəb edən icma sədri bu tələbini “Lordlar Palatasının reputasiyasına kölgə salınması, onun ədalət və inklüzivlik prinsiplərinə sadiqliyinə xələl gətirilməsi” arqumentləri ilə əsaslandırıb: “Baronessa Koksun tvitlərinin ciddi nəticələrini nəzərə alaraq, Standartlar Komitəsindən bu məsələni hərtərəfli araşdırmasını rica edirəm. Onun hərəkətlərinin Lordlar Palatasının müəyyən etdiyi standartları və prinsipləri pozduğunu müəyyən etmək olduqca vacibdir. Üstəlik, mən komitəni baronessa Koksa töhmət vermək və onu qınamaq kimi müvafiq tədbirlər görməyə çağırıram. Bu, Lordlar Palatasında belə davranışın qəbuledilməz olduğuna dəqiq aydınlıq gətirə bilər”.
 
Lordlar Palatasında baronessa Koksun mövqeyini yada salan icma sədri vurğulayıb ki, o, hər iki icma üçün sülhməramlı tədbirlərin təşəbbüskarı və həyata keçirilməsində ön sıralarda olmaq əvəzinə, şüurlu olaraq qəsdən tam əksini – erməni və azərbaycanlı icmalarını münaqişədə saxlamaq üçün təxribat və daha da yadlaşdırma strategiyasını seçib və həyata keçirir.
 
İcma sədri hesab edir ki, Standartlar Komitəsi bu problemi həll etməklə, Lordlar Palatasına ictimai etimadın və inamın bərpasına kömək edə bilər: “Bundan əlavə, bu, komitənin etik standartları qorumaq və mötəbər qurumda demokratiya və inklüzivlik prinsiplərinə əməl olunmasını təmin etmək öhdəliyini nümayiş etdirəcək. İnanıram ki, Standartlar Komitəsi söylənilən narahatlığı aradan qaldırmaq üçün sürətli və qətiyyətli addımlar atacaq. Əvvəlki kimi ümidvaram ki, Sizin səyləriniz sayəsində Lordlar Palatası bundan sonra da ədalət və hamıya hörmət mayakı olmağa davam edəcək”.
 
Xatırladaq ki, 1982-ci ildən Lordlar Palatasının üzvü olan (Baronessa Koks) eyni zamanda ermənipərəst mövqe nümayiş etdirəm “Humanitarian Aid Relief Trust” (HART) adlı təşkilatın təsisçisidir. 20 aprel 2023-ci il tarixində istintaq Baronessa Koksu özəl firmada (Equal and Free Ltd) maraqlarını bəyan etmədiyi üçün təqsirli bilinib və davranış kodeksini pozmaqda ittiham edib (https://find-and-update.company-information.service.gov.uk/company/08143808). Standartlar üzrə Komitə bu fakt aşkar edildikdən sonra Baronessa Koksdan üzr istəməyi tələb edib.
 
Qeyd edək ki, baronessa Koks Azərbaycanın razılığı olmadan dəfələrlə Dağlıq Qarabağa səfərlər edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Dövlət sərhədləri haqqında” Azərbaycan Respublikasının Qanununu pozduğuna görə baronessa Koksun adını persona-non-qrata siyahısına salıb.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı