Ukraynanın Rusiya ilə müharibədə üzləşdiyi mübarizə asan bir iş deyil.
Ednews xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib.
"Rusiyanın bütün işğal etdiyi ərazilərdə müdafiə sistemləri qurmağa vaxtı var idi. Kiyev onlarla mübarizə aparır və bu, gərgin döyüş olacaq. Ona görə də Ukraynanın mübarizəsinin asan olacağı ilə bağlı illüziyaya qapılmaq olmaz. Ukraynanın əhəmiyyətli döyüş potensialı var. Onlar bundan hərbi əməliyyatlarda istifadə edəcəklər. Ölkələrini müdafiə etmək və suveren ərazilərini bərpa etmək üçün doğru vaxt və məkan lazımdır”, - deyə o bildirib.