Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.
Ednews-un məlumatına görə, bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.
Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.
Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.
Xatırladaq ki, “Tuareq” qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır.