İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda Birləşmiş Ştatlar Ohayo sinifli nüvə sualtı gəmisini Yaxın Şərqə yerləşdirib.
Ednews xəbər verir ki, bu barədə ABŞ mərkəzi komandanlığı "X" platformasında paylaşım edib.
Qeyd edək ki, bundan əvvəl İranın müdafiə naziri Məhəmməd-Rza Aştiani ABŞ-a xəbərdarlıq etmişdi ki, Qəzza zolağında atəşkəs təmin olunmasa, ona "ağır zərbə vurulacaq".
ABŞ isə vəziyyət gərginləşməsin deyə güc göstərişi edir.
Əkbər