“İsrail ordusu deyir ki, bu müharibə İsrailin ikinci müstəqillik müharibəsidir, biz də deyirik ki, bu sizin sonunuzun başlanğıcıdır”.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, bu sözləri Həmasın xaricdə rəhbəri Xalid Maşal Mərakeş də Fələstini dəstəkləyən konfrans da çıxış edərkən deyib.
“Çünki sizin işğal etmə sələhiyyətiniz istifadə müddəti bitdi”.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis