“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş hələ planlaşdırılmayıb”.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bildirib.
“Hələ ki belə bir məlumat yoxdur”, - deyə Safaryan qeyd edib.
Bununla yanaşı, İrəvan üçün Bakı ilə vasitəçisiz görüşün məqbul olub-olmaması ilə bağlı suala cavab verən Safaryan bildirib ki, vasitəçilərin iştirakının mütləq olduğu məsələlər var.