Ermənistanda 3 zabit həbs edilib.
Ednews xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, hərbi qulluqçular 44 günlük müharibədə fərarilik ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında 44 günlük müharibə zamanı erməni tərəfdən minlərlə fərarinin olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb.