Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil.
Ednews xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb.
“Biz son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, deyə o, qeyd edib.
"Zamanla azərbaycanlılar istəsələr, Ermənistanda məskunlaşa biləcəklər. Ermənilər və azərbaycanlılar yan-yana yaşamalı və ticarət etməlidirlər”, - deyə Alen Simonyan bildirib.