Avropa İttifaqı qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə üçün qanunvericiliyini modernləşdirməyə çalışır və bununla bağlı insan alverinə qarşı cəzaları sərtləşdirmək niyyətindədir.
Ednews "Euronews"a istinadən xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen söyləyib.
"Biz miqrant qaçaqmalçılığın qarşısını almaq, bu cinayətin qarşısını almaq üçün yeni qərarlar qəbul edəcəyik. Sanksiyalarımızı sərtləşdirəcəyik və yurisdiksiyamızın əhatə dairəsini isə genişləndirəcəyik".
Avropa Komissiyasının rəhbəri miqrant qaçaqmalçılığı ilə məşğul olan cinayətkar təşkilatları tənqid atəşinə tutub və deyib ki, onlar “yalnız insan əzabından istifadə etmir, həm də daha geniş təhlükəsizlik təhdidini təmsil edirlər”.
Bununla əlaqədar olaraq, o, qarşısının alınması, "İnsan Qaçaqmalçılığına Qarşı Qlobal Alyansın" qurulmasına çağırıb.
Əkbər